DÇ-2018: Azərbaycan millisinin əsas rəqibləri qələbə qazanıb

DÇ-2018: Azərbaycan millisinin əsas rəqibləri qələbə qazanıb Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində V tura yekun vurulub
Futbol
27 Mart , 2017 00:45
DÇ-2018: Azərbaycan millisinin əsas rəqibləri qələbə qazanıb
Courtesy İmage

Bakı. 27 mart. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində V tura yekun vurulub.

"Report"un məlumatına görə, üçüncü oyun günündə "C", "E" və "F" qruplarında üst-üstə 9 oyun keçirilib.

C qrupunda yer alan Azərbaycan milli komandası Almaniya yığmasına 1:4 hesabı ilə uduzub. Bundan yararlanan Çexiya səfərdə San-Marinonu 6:0 hesabı ilə yenərək, 8 xalla 3-cü pilləyə qalxıb. Şimali İrlandiya isə Norveç üzərində 2:0 hesablı qələbə sayəsində 10 xalla 2-ci pillədə möhkəmlənib. 7 xala malik Azərbaycan isə 4-cü pilləyə enib.

E qrupunun lideri Polşa səfərdə 2-ci sıradakı Monteneqronu yenməyi bacarıb. Lakin Rumıniya Polşanı məğlub edə bilmədiyi üçün Monteneqro ikinci pillədə qalıb. Ermənistan isə autsayder Qazaxıstanı məğlub edərək, xallarını 6-ya çatdırıb.

F qrupunda turnir cədvəlinə başçılıq edən İngiltərə Litvanı 2 qolla üstələyib. Sloveniya Şotlandiya ilə səfər matçında son dəqiqədə qapısında qol görüb. Əvəzində Slovakiya Maltanı səfərdə yenərək, ikinci pilləyə yüksəlib.

C qrupu

20:00 Azərbaycan – Almaniya - 1:4

Qol:Dmitri Nazarov, 31 - Andre Şürrle, 19; 81. Tomas Müller, 36. Mario Qomes, 45

20:00 San-Marino – Çexiya - 0:6

Qollar: Antonin Barak, 17; 24. Vladimir Darida, 19; 77-penalti ilə. Teodor Cebre Selassi, 26. Mixael Krmençik, 43

22:45 Şimali İrlandiya – Norveç - 2:0

Qollar: Ceymi Uord, 2. Konor Vaşinqton, 33

Xal durumu: Almaniya - 15, Şimali İrlandiya - 10, Çexiya - 8, AZƏRBAYCAN - 7, Norveç - 3, San-Marino - 0.

E qrupu

20:00 Ermənistan – Qazaxıstan - 2:0

Qollar: Henrik Mxitaryan, 73. Araz Özbilis, 75

22:45 Rumıniya – Danimarka - 0:0

22:45 Monteneqro – Polşa - 1:2

Qollar: Stefan Miqoşa, 63 - Robert Levandovski, 40. Lukaş Pişçek, 82

Xal durumu: Polşa - 13, Monteneqro - 7, Danimarka - 7, Rumıniya - 6, Ermənistan - 6, Qazaxıstan - 2.

F qrupu

20:00 İngiltərə - Litva - 2:0

Qol:CermeynDefo,22. Ceymi Vardi, 66

22:45 Malta – Slovakiya - 1:3

Qollar: Jan Pol Farrucia, 14 - Vladimir Vayss, 2. Yan Qrequş, 41. Adam Nemets, 84

Qırmızı vərəqə: Adam Nemets, 90+1 (Slovakiya)

22:45 Şotlandiya – Sloveniya - 1:0

Qol: Kris Martin, 88

Xal durumu: İngiltərə - 13, Slovakiya - 9, Sloveniya - 8, Şotlandiya - 7, Litva - 5, Malta - 0. 

Son xəbərlər

Orphus sistemi