Azərbaycan millisinin də qatıldığı Avropa çempionatı başlayır

Azərbaycan millisinin də qatıldığı Avropa çempionatı başlayır Bu gün Niderlandda futzal üzrə Avropa çempionatına start veriləcək.
Futbol
19 Yanvar , 2022 11:02
Azərbaycan millisinin də qatıldığı Avropa çempionatı başlayır

Bu gün Niderlandda futzal üzrə Avropa çempionatına start veriləcək.

"Report"un məlumatına görə, Azərbaycan yığmasının da qatıldığı yarışda ilk dəfə 16 komanda iştirak edəcək.

A qrupunun açılış matçında Serbiya və Portuqaliya seçmələri üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Günün digər görüşündə isə meydan sahibləri Ukraynanı sınağa çəkəcək. Həmin qarşılaşma saat 23:30-da başlayacaq.

Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ilk matçını yanvarın 22-də Gürcüstana qarşı keçirəcək.

Qeyd edək ki, Avropa çempionatı fevralın 6-da yekunlaşacaq. Yarışın son qalibi 2018-ci ildə Portuqaliya seçməsi olub. İspaniya komandası isə 6 dəfə bu titula sahib çıxaraq rekordu əlində saxlayır.

Son xəbərlər

Orphus sistemi