Azərbaycan millisinin daha bir oyunu koronavirusa görə təxirə salınıb

Azərbaycan millisinin daha bir oyunu koronavirusa görə təxirə salınıb Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki daha bir oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
Futbol
2199
8 Oktyabr , 2021 20:44
Azərbaycan millisinin daha bir oyunu koronavirusa görə təxirə salınıb
0 : 00
0 : 00

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki daha bir oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Belçika millisi ilə oktyabrın 9-da keçirilməli olan matç nəzərdə tutulan vaxtda baş tutmayacaq.

Buna hazırda sözügedən ölkədə səfərdə olan yığmanın 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) koronavirusa yoluxmasıdır.

Qeyd edək ki, daha əvvəl U-17-nin Norveçlə görüşü də eyni səbəbdən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi