Azərbaycan millisinin baş məşqçisi UEFA-nın Pro kateqoriyası üzrə imtahandan kəsilib

Azərbaycan millisinin baş məşqçisi UEFA-nın Pro kateqoriyası üzrə imtahandan kəsilib Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmməd UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vura bilməyib.
Futbol
2411
18 Dekabr , 2018 10:32
Azərbaycan millisinin baş məşqçisi UEFA-nın Pro kateqoriyası üzrə imtahandan kəsilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmməd UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vura bilməyib.

“Report”un əldə etdiyi məlumata görə, 40 yaşlı mütəxəssis imtahandan kəsilib. Onunla yanaşı Baba Əsgərov da imtahanı uğurla verə bilməyib.

Qeyd edək ki, bu gün AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş 9 mütəxəssisə müvafiq diplom və sertifikatlar təqdim olunub

Son xəbərlər

Orphus sistemi