Azərbaycan millisinin baş məşqçisi: “Səhvlərimiz oldu”

Azərbaycan millisinin baş məşqçisi: “Səhvlərimiz oldu” “Çətin oyun olacağını bilirdik. Çünki rəqib komanda uzun müddətdir ki, bir yerdə məşqlər keçir. Bizim heyətimizdə isə zədə və digər səbəblərdən mütəmadi dəyişikliklər baş verir”.
Futbol
24 Oktyabr , 2019 00:09
Azərbaycan millisinin baş məşqçisi: “Səhvlərimiz oldu”

“Çətin oyun olacağını bilirdik. Çünki rəqib komanda uzun müddətdir ki, bir yerdə məşqlər keçir. Bizim heyətimizdə isə zədə və digər səbəblərdən mütəmadi dəyişikliklər baş verir”.

“Report”un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Moldovaya 3:1 hesabı ilə qalib gəldikləri dünya çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin 3-cü qrupunun ilk tur matçından sonra deyib. Braziliyalı mütəxəssis müsbət və mənfi məqamları diqqətə çatdırıb:

“Oyun istədiyim məcrada keçdi və nəticədən razı qaldım. Ancaq səhvlərimiz də oldu. Xüsusilə də qol epizodlarını reallaşdırmaq baxımından çətinlik çəkdik. Təbii ki, bunun üzərində işləyəcəyik”.

Da Silva növbəti turda Monteneqroya qarşı analoji səhvlərə yol verməməli olduqlarını söyləyib: “Onlar da kifayət qədər hazırlıqlı komandadır. Çalışacağıq ki, daha çox qol vuraq və fərqli hesabla qələbə qazanaq”.

Baş məşqçi dünya çempionatını final mərhələsinə vəsiqə şanslarından da danışıb: “Bu gün reytinq cədvəlində üst sıralarda qərarlşadığımıza görə, əksər rəqiblər bizə hörmətlə yanaşır. Biz də bu mərhələni birinci pillədə başa vurmalıyıq ki, elit-raundda münasib komandalarla üz-üzə gələk. Komandamın dünya çempionatının final mərhələsində yollanması üçün postensialı var və bunu bacaracağımıza inanıram”.

Qeyd edək ki, Azərbaycan millisi Monteneqro ilə oktyabrın 24-də üz-üzə gələcək. Qrupda son oyun isə oktyabrın 26-da Slovakiyaya qarşı olacaq.

Son xəbərlər

Orphus sistemi