Azərbaycan millisinin baş məşqçisi: “Premyer Liqanın ikinci yarısında avrokuboklar uğrunda gərgin mübarizə olacaq”

Azərbaycan millisinin baş məşqçisi: “Premyer Liqanın ikinci yarısında avrokuboklar uğrunda gərgin mübarizə olacaq” “Premyer Liqanın ikinci yarısında avrokuboklar uğrunda gərgin mübarizə olacaq”.
Futbol
30 dekabr 2023 09:59
Azərbaycan millisinin baş məşqçisi: “Premyer Liqanın ikinci yarısında avrokuboklar uğrunda gərgin mübarizə olacaq”
Samir Əliyev

“Premyer Liqanın ikinci yarısında avrokuboklar uğrunda gərgin mübarizə olacaq”.

Bunu “Report”a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev deyib.

Komandaların mövsümün ilk yarısındakı çıxışını dəyərləndirən 44 yaşlı mütəxəssis yalnız “Qarabağ”ı digərlərindən fərqləndirib: “İlk yarı onu göstərdi ki, aşkar favorit var, autsayder yoxdur. Yalnız “Qarabağ” bütün komandalardan fərqlənir. Bu gün Ağdam klubu ilə heç kim rəqabət aparacaq gücdə deyil. Sonuncu pillədə yer alan “Qəbələ” yeni ildə tempi artırsa, hətta avrokuboklara da iddia edə bilər. Məncə, mübarizə hələ irəlidədir”.

Samir Əliyev bütün komandaların avrokuboklara vəsiqə qazanmaq şansının olduğunu düşünür: “Fikrimcə, “Qarabağ”ı artıq çempion saymaq olar. Əvvəlki illərlə müqayisədə cari mövsüm buna daha çox komanda iddia edir. Hər birinin də şansı var. Hətta “Sabah” və ya “Neftçi” kimi komandalar avrokuboklardan kənarda qalsa, təəccüblənmərəm. Çünki çox yaxşı mübarizə gedir”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk yarısında 41 xal toplayan lider “Qarabağ” ən yaxın izləyicisi “Zirə”ni 12 xal qabaqlayır. “Kəpəz” və “Qəbələ” isə hərəyə 14 xalla 9-10-cu yerləri bölüşdürürlər.

Son xəbərlər

Orphus sistemi