Azərbaycan millisinin baş məşqçisi: Macarıstanla oyunda qələbə qazanmaq istəyirik

Azərbaycan millisinin baş məşqçisi: Macarıstanla oyunda qələbə qazanmaq istəyirik Bundan öncə bir dəfə tarix yazmışıq. Pley-off mərhələsinə vəsiqə qazanmaq, Azərbaycanın qadın futbolu adına daha bir tarix yazmaq istəyirik.
Futbol
11 İyul , 2024 10:26
Azərbaycan millisinin baş məşqçisi: Macarıstanla oyunda qələbə qazanmaq istəyirik

Öz meydanımızda qələbə qazanmaq istəyirik.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsində Macarıstan yığmasına qarşı keçiriləcək oyunla bağlı deyib.

Mütəxəssis sabah çox vacib matça çıxacaqlarını bildirib: "Bundan öncə bir dəfə tarix yazmışıq. Pley-off mərhələsinə vəsiqə qazanmaq, Azərbaycanın qadın futbolu adına daha bir tarix yazmaq istəyirik. Rəqibin çox keyfiyyətli futbolçulardan təşkil olunduğunu bilirik. Hazırlığımızı da buna uyğun görürük".

"Təəssüf ki, iki oyunçumuz - Manə Mollayeva və Peritan Bozdağ cəzalı duruma düşdükləri üçün matçda iştirak edə bilməyəcəklər. Eyni zamanda Aysun Seydiyevanın əməliyyat olunması planlarımıza təsir etdi. Buna baxmayaraq, milliyə çağırılan futbolçular komanda yoldaşlarının boşluqlarını dolduracaq gücdədirlər", - deyə Əsgərov vurğulayıb.

Qeyd edək ki, B liqasının V turunda keçiriləcək Azərbaycan – Macarıstan görüşü iyulun 12-də olacaq. “Liv Bona Dea Arena”dakı matç saat 20:00-da start götürəcək. Millimiz seçmə mərhələnin son turunda iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi