Azərbaycan millisinin baş məşqçisi: "Bu qələbə bizə əlavə stimul verəcək"

Azərbaycan millisinin baş məşqçisi: "Bu qələbə bizə əlavə stimul verəcək" "Qrupda keçirdiyimiz ilk beş oyun bizim üçün yaxşı nəticələnməmişdi. Təbii ki, bu nəticələr bizi qane etmirdi. Uğursuz gedişə son qoymaq istəyirdik".
Futbol
584
30 Noyabr , 2021 20:51
Azərbaycan millisinin baş məşqçisi: Bu qələbə bizə əlavə stimul verəcək

"Qrupda keçirdiyimiz ilk beş oyun bizim üçün yaxşı nəticələnməmişdi. Təbii ki, bu nəticələr bizi qane etmirdi. Uğursuz gedişə son qoymaq istəyirdik".

"Report"un məlumatına görə, bunu Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Bakıda Monteneqroya 1:0 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis evdə qələbə qazanmağın sevindirici olduğunu bildirib: "Bu nəticə gələcək oyunlar üçün komandaya əlavə stimul verəcək. Qarşıdakı 4 oyundan müsbət nəticələr əldə edib qrupu üst pillələrdə tamamlamaq istəyirik".

Monteneqro yığmasının baş məşqçisi Mirko Mariç isə məğlubiyyəti şanssızlıqla əlaqələndirib: "Topa daha çox biz sahib idik. İki epizodda fərqlənməyə yaxın olduq. Təəssüf ki, zərbələrimiz dirəkdən geri qayıtdı. Bu gün bəxtimiz gətirmədi. Azərbaycan millisi qol vurdu və sona qədər yaxşı müdafiə olundu”.

Son xəbərlər

Orphus sistemi