Azərbaycan millisinin Bakıda ilk görüşünü keçirəcəyi rəqib müəyyənləşib - ƏLAVƏ OLUNUB

Azərbaycan millisinin Bakıda ilk görüşünü keçirəcəyi rəqib müəyyənləşib - ƏLAVƏ OLUNUB Oyun Bakı Olimpiya Stadionunda olacaq
Futbol
8 Fevral , 2018 12:20
Azərbaycan millisinin Bakıda ilk görüşünü keçirəcəyi rəqib müəyyənləşib - ƏLAVƏ OLUNUB

Bakı. 8 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası martın 23-də Bakıda yoldaşlıq oyunu keçirəcək. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib Belarus yığması olacaq. 

Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq. Bu, 2018-ci ildə Azərbaycan millisinin Bakıda oynayacağı ilk qarşılaşma olacaq. 

Qeyd edək ki, Azərbaycan milli komandası Belarus yığması ilə tarixində üçüncü dəfə yoldaşlıq görüşündə üz-üzə gələcək. İlk qarşılaşma 1996-cı il mayın 27-də Belarusun Molodeçno şəhərində təşkil olunub. 2:2 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmada Azərbaycan yığmasının qollarını Ruslan İdiqovla hazırda millinin baş məşqçisi olan Qurban Qurbanov vurub.

2001-ci il fevralın 26-da Bolqarıstanın Albena şəhərindəki təlim-məşq toplanışı zamanı baş tutan matçda isə Azərbaycan millisi qalib gəlib - 1:0.

Qeyd edək ki, hazırda İqor Kriuşenkonun rəhbərlik etdiyi Belarus yığması Bakıdan sonra Lyublyanaya səfər edərək, martın 27-də Sloveniya ilə yoldaşlıq oyununa çıxacaq. 

Son xəbərlər

Orphus sistemi