Azərbaycan millisinin Almaniyada çıxış edən futbolçusunun yeni baş məşqçisi müəyyənləşib

Azərbaycan millisinin Almaniyada çıxış edən futbolçusunun yeni baş məşqçisi müəyyənləşib "Ertsebirge Aue" komandası Tomas Letşə tapşırılıb
Futbol
19 İyun , 2017 13:06
Azərbaycan millisinin Almaniyada çıxış edən futbolçusunun yeni baş məşqçisi müəyyənləşib

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsebirge Aue" komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report”un məlumatına görə, II Bundesliqada mübarizə aparan kollektiv Tomas Letşə tapşırılıb. Letş bu postda bir müddət əvvəl "Şalke"nin sükanı arxasına keçən Domeniko Tedeskonu əvəzləyib.

Qeyd edək ki, 51 yaşlı almaniyalı mütəxəssis ötən mövsüm Avstriya çempionatının I divizionunda mübarizə aparan “Liferinq” komandasına rəhbərlik edib. "Ertsebirge Aue" bu gün T.Letşin rəhbərliyi altında ilk məşqinə çıxacaq.

Son xəbərlər

Orphus sistemi