Azərbaycan millisinin 2 futzalçısı, məşqçisi və həkimi karantinə alınıb

Azərbaycan millisinin 2 futzalçısı, məşqçisi və həkimi karantinə alınıb Avropa çempionatının final mərhələsi çərçivəsində sabah Bosniya və Herseqovina ilə qarşılaşacaq Azərbaycan millisinin 4 üzvü karantinə alınıb.
Futbol
28 Yanvar , 2022 17:15
Azərbaycan millisinin 2 futzalçısı, məşqçisi və həkimi karantinə alınıb

Avropa çempionatının final mərhələsinin D qrupunda yanvarın 29-da Bosniya və Herseqovina ilə qarşılaşacaq Azərbaycan millisinin 4 futzalçısı karantinə alınıb.

"Report" Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi Emin Kürdov və Xətai Bağırovda, məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqovda müsbət çıxıb.

Onlar məskunlaşdıqları hoteldə karantinə alınıb və oyunöncəsi məşqdə iştirak etməyiblır. Həmin şəxslərdən PCR test götürülüb, nəticələr sabah günün birinci yarısında açıqlanacaq.

UEFA bugünkü məşqi həkimlərlə təmin edib.

Qeyd edək ki, Azərbaycan - Bosniya və Herseqovina oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi