Azərbaycan millisinin 3 futbolçusu cəzalı vəziyyətə düşüb - YENİLƏNİB

Azərbaycan millisinin 3 futbolçusu cəzalı vəziyyətə düşüb - YENİLƏNİB Azərbaycan milli komandasının daha bir futbolçusu cəzalı duruma düşüb.
Futbol
9 Sentyabr , 2019 21:51
Azərbaycan millisinin 3 futbolçusu cəzalı vəziyyətə düşüb - YENİLƏNİB

Azərbaycan milli komandasının daha bir futbolçusu cəzalı duruma düşüb.

"Report"un məlumatına görə, kapitan Maksim Medvedev Xorvatiya yığması ilə AVRO-2020-nin seçmə matçının 90+3-cü dəqiqəsində sarı vərəqə alaraq, limiti doldurub.

O, oktyabrın 13-də səfərdə Macarıstanla qarşılaşmanı buraxmalı olacaq. 


***21:31

Azərbaycan millisinin futbolçuları Anton Krivotsyuk, Dmitri Nazarov AVRO-2020-nin seçmə mərhələsində cəzalı duruma düşüb.

"Report" xəbər verir ki, buna səbəb 21 yaşlı mərkəz müdafiəçisi ilə 29 yaşlı yarımmüdafiəçinin Xorvatiya ilə ev oyununda sarı vərəqə alaraq, limiti doldurmalarıdır.

Müvafiq olaraq 62 və 66-cı dəqiqələrdə vərəqə görən yığma üzvləri oktyabrın 13-də Macarıstan kollektivi ilə səfər görüşünü buraxacaqlar.

Hazırda Xorvatiya millisi 1:0 hesabı ilə öndədir.

Son xəbərlər

Orphus sistemi