Azərbaycan millisinə qol vuran futbolçu Almaniyada rekorda imza atıb

Azərbaycan millisinə qol vuran futbolçu Almaniyada rekorda imza atıb AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının futbolçusu Andrey Kramariç Almaniyada rekorda imza atıb.
Futbol
30 Mart , 2019 11:33
Azərbaycan millisinə qol vuran futbolçu Almaniyada rekorda imza atıb

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının futbolçusu Andrey Kramariç Almaniyada rekorda imza atıb.

“Report” “Croatia Week” portalına istinadən xəbər verir ki, 27 yaşlı forvard Almaniyanın “Hoffenhaym” klubunun heyətində Bundesliqada ən çox qol vuran futbolçuya çevrilib. O, buna XXVII turun açılış matçında evdə “Bayer”i 4:1 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.

Kramariç 79-cu dəqiqədə fərqlənməklə “Hoffenhaym” forması ilə 47-ci qoluna imza atıb və Seyad Salihoviçi bir top qabaqlayıb. Xorvatiyalı forvard cari çempionatda 14 qol vurub.

Qeyd edək ki, Kramariç Xorvatiya yığmasının AVRO-2020-nin seçmə mərhələsinin I turunda Azərbaycan millisini evdə 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada komandasının qəbələ qolunu vurub. O, Zaqrebdəki görüşdə də 79-cu dəqiqədə fərqlənib.

Son xəbərlər

Orphus sistemi