Azərbaycan millisində oynamış futbolçu Ukraynanın aşağı liqa klubuna keçib

Azərbaycan millisində oynamış futbolçu Ukraynanın aşağı liqa klubuna keçib Azərbaycan millisində çıxış etmiş futbolçu Pavel Paşayevin yeni klubu müəyyənləşib.
Futbol
4 Sentyabr , 2021 09:05
Azərbaycan millisində oynamış futbolçu Ukraynanın aşağı liqa klubuna keçib

Azərbaycan millisində çıxış etmiş futbolçu Pavel Paşayevin yeni klubu müəyyənləşib.

"Report"un məlumatına görə, 33 yaşlı müdafiəçi karyerasını Ukrayna I liqasında (səviyyəcə ikinci) mübarizə aparan "VPK-Arqo"da davam etdirəcək.

Klub onunla imzalanan müqavilənin detalları açıqlamayıb.

Qeyd edək ki, Pavel Paşayev son olaraq Ukraynada Premyer Liqa təmsilçisi "Aleksandriya"nın formasını geyinib. Müdafiəçi 2015 - 2020-ci illərdə Azərbaycan millisinə dəvət alıb. "VPK-Arqo" 6 oyundan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi