Azərbaycan millisi Uels və Xorvatiya yığmaları ilə oyunların hazırlığına başlayır

Azərbaycan millisi Uels və Xorvatiya yığmaları ilə oyunların hazırlığına başlayır Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığmasına qarşı keçirəcəyi oyunların hazırlığına start verəcək.
Futbol
2 Sentyabr , 2019 12:38
Azərbaycan millisi Uels və Xorvatiya yığmaları ilə oyunların hazırlığına başlayır

Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığmasına qarşı keçirəcəyi oyunların hazırlığına start verəcək.

“Report” xəbər verir ki, ilk məşq saat 18:30-da Mərdəkan qəsəbəsində Milli Komandaların Təlim-Məşq Mərkəzində başlanacaq. Qapalı hazırlıq prosesində komandaya dəvət olunan 22 futbolçudan 21-i iştirak edəcək. Almaniyanın “Aue” klubunda çıxış edən Dmitri Nazarov düşərgəyə bu gün axşam gələcək.

Milli sentyabrın 3-də və 4-də baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında daha 2 məşqə çıxacaq. Həmin məşqlər müvafiq olaraq, saat 18:30 və saat 11:00-da başlayacaq.

Komanda sentyabrın 4-də saat 17:40-da Uelslə oyun üçün çarter reysi ilə Bakıda Kardiffə uçacaq. Milli oyundan dərhal sonra Vətənə dönəcək.

Qeyd edək ki, Uels yığması ilə Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Xorvatiya ilə “Bakcell Arena”dakı qarşılaşma isə saat 20:00-a təyin olunub.

Son xəbərlər

Orphus sistemi