Azərbaycan millisi Türkiyə və İngiltərənin ardından Çexiyanı da məğlub edib

Azərbaycan millisi Türkiyə və İngiltərənin ardından Çexiyanı da məğlub edib İtaliyada çimərlik futbolu üzrə Avropa Liqasının Super Final mərhələsi davam edir
Futbol
28 Avqust , 2016 07:31
Azərbaycan millisi Türkiyə və İngiltərənin ardından Çexiyanı da məğlub edib

Bakı. 28 avqust. REPORT.AZ/ İtaliyanın Katanya şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqasının Super Final mərhələsi davam edir.

"Report" AFFA-ya istinadən xəbər verir ki, "B Divizionu"nda mübarizə aparan Azərbaycan milli komandası növbəti oyununu Çexiya yığmasına qarşı keçirib.

Görüş millinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Sabah millimiz bu mərhələdə son oyununu Macarıstan yığmasına qarşı keçirəcək. Qalib komanda 1-ci liqada 12 ən güclü komanda arasında mübarizə aparmaq üçün vəsiqə qazanacaq.

Xatırladaq ki, bundan öncə yığmamız Türkiyə millisini 5:3, İngiltərə millisini 2:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi