Azərbaycan millisi Moskva "Spartak"ı ilə qarşılaşacaq

Azərbaycan millisi Moskva "Spartak"ı ilə qarşılaşacaq Bakı. 17 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında bir yoxlama oyunu keçirəcək.
Futbol
17 Yanvar , 2019 14:01
Azərbaycan millisi Moskva Spartakı ilə qarşılaşacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında bir yoxlama oyunu keçirəcək.

Bu barədə "Report"a yığmanın məşqçisi Elbrus Məmmədov məlumat verib. O, bildirib ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində Rusiya "Spartak"ının əvəzedici komandası ilə üz-üzə gələcək. Oyun yanvarın 24-də Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanın U-21 yığmasının təlim məşq toplanışı yanvarın 21-dən 24-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi