Azərbaycan millisi Şimali İrlandiya ilə oyuna yeni formada çıxacaq

Azərbaycan millisi Şimali İrlandiya ilə oyuna yeni formada çıxacaq Bu, cari seçmə mərhələnin sonunadək davam edəcək
Futbol
204
7 İyun , 2017 11:13
Azərbaycan millisi Şimali İrlandiya ilə oyuna yeni formada çıxacaq

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycan milli komandası Şimali İrlandiya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçına yeni formada çıxacaq.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, meydan sahibləri iyunun 10-da keçiriləcək qarşılaşmada "Umbro" deyil, "Nike" firmasının istehsalı olan forma geyinəcəklər. Azərbaycan millisi mövsümün sonunadək yeni forma ilə oynayacaq. Formanın dizaynı iyunun 8-də affa.az-da və qurumun rəsmi facebook səhifəsində nümayiş etdiriləcək.

Qeyd edək ki, AFFA bir neçə ildir "Umbro" ilə əməkdaşlıq edirdi. AFFA Azərbaycan milli komandası üçün AVRO-2016-nın seçmə mərhələsinin sonuna qədər kifayət edəcək sayda geyim əldə edib. Mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğu üçün millinin DÇ-2018-in geridə qalan oyunlarında da Umbro şirkətinin istehsalı olan formalardan istifadə olunub. Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən Umbro və Nike şirkətləri ilə danışıqlar aparıb. "Nike" "Umbro" ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin edib. Bu səbəbdən, AFFA ilə Nike arasında razılıq əldə olunub. 

Son xəbərlər

Orphus sistemi