Azərbaycan millisi səfərdə Bosniya və Herseqovinaya uduzub

Azərbaycan millisi səfərdə Bosniya və Herseqovinaya uduzub Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbol
7 aprel 2022 15:02
Azərbaycan millisi səfərdə Bosniya və Herseqovinaya uduzub

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı 7-ci sınağında Bosniya və Herseqovina yığmasının qonağı olub. Sarayevo şəhərindəki "Qrbavitsa" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu görüşün əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Milena Nikoliç vurub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Bosniya və Herseqovina seçməsi 3-cü pillədəki mövqeyini qoruyub. Azərbaycan isə 3 xalla 5-ci sırada qalıb.

Qeyd edək ki, yığma qrupdakı 8-ci görüşündə səfərdə Danimarka ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi