Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Futbol
9 Oktyabr , 2019 18:55
Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçilik etdiyi komanda norveçli həmyaşıdları ilə üz-üzə gəlib.

Çexiyanın Fridek-Mistek şəhərindəki "Stovki" stadionunda keçirilən qarşılaşma Azərbaycan komandasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 6-cı dəqiqədə Elnur İbrahimov avtoqol müəllifi olub.

Qeyd edək ki, U-19 növbəti matçını oktyabrın 12-də meydan sahibi olan Çexiyaya qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi