Azərbaycan millisi seçmə mərhələni xalsız başa vurub

Azərbaycan millisi seçmə mərhələni xalsız başa vurub 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəni dayandırıb.
Futbol
14 Mart , 2022 19:21
Azərbaycan millisi seçmə mərhələni xalsız başa vurub

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, B Liqasında yer alan yığma III qrupdakı sonuncu matçında Şotlandiya seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda qrupdakı ilk iki oyunda Albaniyaya 0:1, Şimali Makedoniyaya isə 0:3 hesabı ilə uduzub.

Beləliklə, Azərbaycan yığması seçmə mərhələni xalsız və qrup sonuncusu olaraq başa vurub.

Son xəbərlər

Orphus sistemi