Azərbaycan millisi Portuqaliya ilə oyun öncəsi son məşqinə çıxıb

Azərbaycan millisi Portuqaliya ilə oyun öncəsi son məşqinə çıxıb Futbol üzrə Azərbaycan millisi Bakıda Portuqaliyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunu öncəsi sonuncu məşqə çıxıb.
Futbol
300
6 Sentyabr , 2021 20:44
Azərbaycan millisi Portuqaliya ilə oyun öncəsi son məşqinə çıxıb

Futbol üzrə Azərbaycan millisi Bakıda Portuqaliyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunu öncəsi sonuncu məşqə çıxıb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda (BOS) gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Məşqdə yığmanın zədəli futbolçuları Maksim Medvedev və Rüstəm Əhmədzadə, həmçinin cəzalı Anton Krivotsyuk iştirak etməyib.

Hazırlıq prosesini izləyənlər arasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da olub.

Qeyd edək ki, sentyabrın 7-də BOS-da oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi