Azərbaycan millisi növbəti mərhələyə yüksəlib

Azərbaycan millisi növbəti mərhələyə yüksəlib Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə oyunlarının 1/16 final mərhələsində Macarıstanla üz-üzə gəlib.
Futbol
23 İyul , 2019 13:57
Azərbaycan millisi növbəti mərhələyə yüksəlib

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə oyunlarının 1/16 final mərhələsində Macarıstanla üz-üzə gəlib. 

"Report"un məlumatına görə, görüşün əsas vaxtı 3:3 hesablı heç-heçə ilə başa çatıb. Yığma penalti zərbələrində rəqibini 2:1 hesabı ilə üstələyib. Oyun zamanı Sabir Allahquliyevin dubl edib, digər qolu isə Comərd Baxşəliyev vurub.

Növbəti mərhələyə yüksələn milli komanda Rusiya, İspaniya və İsveç yığması ilə eyni qrupda mübarizə aparacaq. Oyunların təqvimi bugünkü qarşılaşmalar başa çatdıqdan sonra müəyyənləşəcək.

Qeyd edək ki, iyulun 28-dək davam edəcək seçmə mərhələnin 5 ən yaxşı komandası 21 noyabr - 1 dekabrda Paraqvayda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. 

Son xəbərlər

Orphus sistemi