Futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb.
"Report"un məlumatına görə, bu, səfərdə Bəhreynlə keçirilmiş yoldaşlıq görüşündə baş verib. Qarşılaşma millinin qələbəsi ilə yekunlaşıb - 3:2.
Bəhreyn Milli Stadionundakı matçda hesabı meydan sahibləri açıb. Lakin 41-ci dəqiqədə Rüfət Dadaşov bərabərlik qolunu vurub.
62-ci dəqiqədə Təmkin Xəlilzadə qonaq komandanı hesabda irəli çıxarıb. Bəhreyn tezliklə hesabı bərabərləşdirsə də, 70-ci dəqiqədə Ramil Şeydayev yekun nəticəni müəyyənləşdirib - 3:2.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. "Groupama" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
***22:04
Futbol üzrə Azərbaycan komandası Bəhreyn yığması ilə yoldaşlıq oyununda hesabda növbəti dəfə önə çıxıb.
"Report" xəbər verir ki, Ramil Şeydayev qarşılaşmanın 70-ci dəqiqəsində hesabı 3:2-ə çatdırıb.
***22:00
Bəhreyn yığması Azərbaycan komandası ilə oyunda hesabı bərabərləşdirib.
"Report" xəbər verir ki, Mohamed Saad 68-ci dəqiqədə Bəhreyn yığmasının növbəti qolunu vurub. Bəhreyn-Azərbaycan - 2:2.
***21:53
Azərbaycan milli komandası Bəhreynlə yoldaşlıq oyununda hesabda önə çıxıb.
"Report" xəbər verir ki, Təmkin Xəlilzadə qarşılaşmanın 62-ci dəqiqəsində Azərbaycan komandasının növbəti qolunu vurub - 2:1
***21:37
Futbol üzrə Bəhreyn - Azərbaycan yığmaları arasında yoldaşlıq oyununun ikinci hissəsi başlayıb.
"Report" xəbər verir ki, hazırda hesab 1:1-dir.
***21:19
Futbol üzrə Bəhreyn - Azərbaycan yığmaları arasında yoldaşlıq oyununun birinci hissəsi başa çatıb.
"Report" xəbər verir ki, komandalar fasiləyə bərabər hesabla yollanıblar.
Qeyd edək ki, oyunda hesabı 31-ci dəqiqədə meydan sahibləri açıb. Bəhreyn yığmasının heyətində Abdulvahab A.Rahman fərqlənib.
Bundan 10 dəqiqə sonra Azərbaycan yığmasının oyunçusu Rüfət Dadaşov hesabı bərabərləşdirib - 1:1.
***21:14
Azərbaycan yığması Bəhreynlə oyunda hesabı bərabərləşdirib.
"Report" xəbər verir ki, qarşılaşmanın 41-ci dəqiqəsində Rüfət Dadaşov Azərbaycan yığmasının heyətində fərqlənib - Bəhreyn-Azərbaycan - 1:1
***21:03
Azərbaycan milli komandasının Bəhreynlə yoldaşlıq oyununda hesab açılıb.
"Report" xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində Bəhreyn yığmasının heyətində Abdulvahab A.Rahman
fərqlənib.
***20:33
Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirir.
"Report"un məlumatına görə, Nikola Yurçeviçin baş məşqçisi oluduğu kollektiv Bəhreyn yığması ilə üz-üzə gəlir.
Ər-Rifa şəhərində Bəhreyn Milli Stadionundakı qarşılaşma Bakı vaxtı ilə 20:30-da başlayıb.
Qeyd edək ki, Azərbaycan millisi 4 gün sonra AVRO-2020-nin seçmə mərhələsində Macarıstanın qonağı olacaq.