Azərbaycan millisi Maltaya yola düşüb - FOTO

Azərbaycan millisi Maltaya yola düşüb - FOTO Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan millisi UEFA Millətlər Liqasının II turunda Malta yığması ilə oyun üçün səfərə çıxıb.
Futbol
8 Sentyabr , 2018 18:00
Azərbaycan millisi Maltaya yola düşüb - FOTO
Report

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan millisi UEFA Millətlər Liqasının II turunda Malta yığması ilə oyun üçün səfərə çıxıb.

"Report"un məlumatına görə, çarter reysi ilə uçan təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Səfərə gedənlər arasında AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, milli assosiasiyanın baş katibi Elxan Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da var.

Qeyd edək ki, D liqasının III qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Bakıda Kosovo yığmasına qarşı keçirdiyi ilk matçda qolsuz heç-heçə edib. Malta komandası isə səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi