Azərbaycan millisi Macarıstanla oyundan əvvəl daha bir itki ilə üzləşib

Azərbaycan millisi Macarıstanla oyundan əvvəl daha bir itki ilə üzləşib Azərbaycan milli komandası Macarıstan yığması ilə keçirəcəyi AVRO-2020-nin seçmə qrup matçından əvvəl daha bir futbolçu itkisi ilə üzləşib.
Futbol
125
13 Oktyabr , 2019 19:38
Azərbaycan millisi Macarıstanla oyundan əvvəl daha bir itki ilə üzləşib

Azərbaycan milli komandası Macarıstan yığması ilə keçirəcəyi AVRO-2020-nin seçmə qrup matçından əvvəl daha bir futbolçu itkisi ilə üzləşib.

"Report"un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Qarabağ"dan dəvət almış cinah oyunçusu Abbas Hüseynov topuq nahiyəsindən zədələnib. Bu səbəbdən, 24 yaşlı oyunçunun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Daha əvvəl Səlahət AğayevMahir Emreli zədəli, Maksim Medvedev, Anton KrivotsyukDmitri Nazarov cəzalı olduqları üçün yığmadan kənarda qalıblar.

Qeyd edək ki, "Groupama Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi