Azərbaycan millisi Latviyaya qarşı oyuna itki ilə çıxacaq

Azərbaycan millisi Latviyaya qarşı oyuna itki ilə çıxacaq Azərbaycan milli komandası Latviya yığmasına qarşı yoldaşlıq görüşünə itki ilə çıxacaq.
Futbol
28 Mart , 2022 13:49
Azərbaycan millisi Latviyaya qarşı oyuna itki ilə çıxacaq

Azərbaycan milli komandası Latviya yığmasına qarşı yoldaşlıq görüşünə itki ilə çıxacaq.

"Report"un məlumatına görə, bu barədə millinin baş məşqçisi Canni De Byazi Maltada keçirdiyi mətbuat konfransında açıqlama verib.

İtaliyalı mütəxəssis bildirib ki, müdafiəçi Bədavi Hüseynovun ayaq əzələsində problem var. Bu səbəbdən, 31 yaşlı oyunçunu meydana buraxmağa risk etməyəcəklər. O, digər oyunçuların matça hazır olduqlarını bildirib.

Qeyd edək ki, Azərbaycan yığması Latviya ilə martın 29-da Maltada üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi