Azərbaycan millisi İsveçrəyə məğlub olub

Azərbaycan millisi İsveçrəyə məğlub olub Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbol
9 aprel 2024 13:56
Azərbaycan millisi İsveçrəyə məğlub olub

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edib.

Komanda B Liqasının I qrupunun görüşündə rəqibinə 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi mayın 31-də səfərdə “ay-ulduzlular”ın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi