Bakı. 7 fevral. REPORT.AZ/ “Bakı” klubunun təlim-məşq bazasında futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında yoldaşlıq oyunu keçirilib.
"Report" AzərTAc-a istinadla xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Kristina Bakarandze və Nigar Cəlilli vurublar.
Fevralın 8-də “Bakı”nın təlim-məşq bazasında bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.


