Azərbaycan millisi futbolçu itkisi ilə üzləşib

Azərbaycan millisi futbolçu itkisi ilə üzləşib Maksim Medvedev Çexiya və Almaniyaya qarşı oynamayacaq
Futbol
4 Oktyabr , 2017 09:29
Azərbaycan millisi futbolçu itkisi ilə üzləşib
Report/ Firi Salim

Bakı. 4 oktyabr. REPORT.AZ/ Çexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev zədəli olduğu üçün heyətdən çıxarılıb. 

O, hazırda təlim-məşq toplanışında olan millinin düşərgəsini tərk edib. 

Qeyd edək ki, Azərbaycan yığması Çexiya ilə oktyabrın 5-də Bakıda, Almaniya ilə oktyabrın 8-də Kayzerslauterndə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi