Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində irəliləyib Ən böyük irəliləyiş növbəti rəqibə məxsusdur
Futbol
12 aprel 2018 07:59
Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Bakı. 12 aprel. REPORT.AZ/ FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, Azərbaycan millisi ötən ayla müqayisə 1 pillə irəliləyib. Ötən ay Bakıda Belarus yığmasına 1 cavabsız qolla uduzan, Antalyada Makedoniya kollektivi ilə 1:1 hesabı ilə heç-heçə edən milli hazırda 245 xala 126-cı pillədə qərarlaşıb.

UEFA Millətlər Liqasında Azərbaycanla ilə eyni qrupda yer alan Farer adaları yığması 3 pillə yüksəlib. Hazırda bu komanda 364 xalla 94-cüdür. 

Qrupda ən böyük sıçrayışa 164 xalla 152-ci olan Kosovo imza atıb. Balkan təmsilçisi 24 pillə qabağa gedib. Malta isə 62 xalla 185-ci sırada qalıb. 

Yeni reytinqdə ən böyük sırayışa mayın 29-da Azərbaycan millisi ilə Bakı Olimpiya Stadionunda yoldaşlıq matçı keçirəcək Qırğızıstan yığması nail olub. 40 pillə yüksələn asiyalılar 424 xalla 75-ci yerdədirlər. 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin iyunun 9-da Riqada qarşılaşacağı Latviya yığması isə 8 pillə geriləyib. Bu yığma 217 xalla 139-cu sıradadır. 

Reytinqdə ilk “üçlük”də dəyişiklik olub. Almaniya 1533 xalla 1-ci, Braziliya isə 1384 xalla 2-ci sırada qaldığı halda, Portuqaliya 3-cü pillədəki yerini Belçikaya verib. "Qırmızı şeytanlar"ın hesabında 1346 xal var. Türkiyənin mövqeyində də dəyişiklik baş verib. Bir pillə irəliləyərək 37-ci yerdə qərarlaşan "ay-ulduzlular” 714 xala malikdirlər.

Son xəbərlər

Orphus sistemi