Azərbaycan millisi FIFA reytinqində geriləyib

Azərbaycan millisi FIFA reytinqində geriləyib FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Futbol
28 Noyabr , 2019 12:59
Azərbaycan millisi FIFA reytinqində geriləyib

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, Azərbaycan yığması 1177 xalla 114-cü pillədə qərarlaşıb. 

Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda 3 pillə geriləyib. 

Geriləməyə səbəb AVRO-2020-nin son seçmə oyunlarında millinin Uelsə Bakıda, Slovakiyaya isə Trnavada 0:2 hesabı ilə uduzmasıdır.  Reytinqin ilk "3-lüy"ü dəyişməz qalıb. Belçika 1765 xalla birinci, Fransa 1733 xalla ikinci, Braziliya isə 1712 xalla üçüncü sıradadır.Əvəzində Türkiyə millisi 3 pillə irəliləyib. Şenol Güneşin baş məşqçi olduğu komanda hazırda 1494 xalla 29-cudur.

Son xəbərlər

Orphus sistemi