Azərbaycan millisi FİFA reytinqində 23 pillə geriləyib

Azərbaycan millisi FİFA reytinqində 23 pillə geriləyib Hazırda 273 xala malik komanda 115-ci pillədə qərarlaşıb
Futbol
16 Oktyabr , 2017 12:10
Azərbaycan millisi FİFA reytinqində 23 pillə geriləyib

Bakı. 16 oktyabr. REPORT.AZ/ FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 23 pillə geriləyib. 

Hazırda 273 xala malik komanda 115-ci pillədə qərarlaşıb. Belə zəif nəticəyə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin son 2 oyununda Robert Prosineçkin baş məşqçi olduğu kollektivin Çexiyaya 1:2, Almaniyaya 1:5 hesabı ilə uduzması səbəb olub. 

C qrupundakı rəqiblərdən Almaniya 1631 xalla 1-ci pillədə qalıb. 3 pillə geriləyən Şimali İrlandiya 889 xalla 23-cü, 12 pillə irəliləyən Çexiya 699 xalla 46-cı, 15 pillə irəliləyən Norveç 620 xalla 58-ci, mövqeyini dəyişməyən San Marino isə 10 xalla 204-cü pillədə qərarlaşıb. 

Qeyd edək ki, Braziliya 1619 xalla 2-ci, Portuqaliya 1446 xalla 3-cü pillədə qalıb. 6 pillə geriləyən Türkiyə isə 807 xalla 33-cüdür.  

Son xəbərlər

Orphus sistemi