Azərbaycan millisi FİFA-nın yeni reytinq siyahısında mövqeyini dəyişməyib

Azərbaycan millisi FİFA-nın yeni reytinq siyahısında mövqeyini dəyişməyib Robert Prosineçkinin baş məşqçi olduğu komanda hazırda 380 xalla 89-cu pillədə qərarlaşıb
Futbol
9 Mart , 2017 13:13
Azərbaycan millisi FİFA-nın yeni reytinq siyahısında mövqeyini dəyişməyib
Report.az

Bakı. 9 mart. REPORT.AZ/ FİFA dünya yığmalarının yeni reytinq siyahısını dərc edib. "Report"un məlumatına görə, Azərbaycan milli komandasının mövqeyində ötən ayla müqayisədə dəyişiklik olmayıb.

Robert Prosineçkinin baş məşqçi olduğu komanda hazırda 380 xalla 89-cu pillədə qərarlaşıb. 

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, Azərbaycan yığmasının martın 26-da Bakıda qarşılaşacağı Almaniya 1443 xalla 3-cü yerdə qalıb. Xalını 786-ya çatdıran Şimali İrlandiya əvvəlki kimi 35-cidir. Çexiya 684 xalla 4 pillə irəliləyərək 42-ci sıraya yüksəlib. San Marino 17 xalla 1 pillə geriləyərək, 203-ci yerə düşüb. 428 xallı olan Norveç isə yenə də 81-cidir. 

Siyahıda Argentina 1644 xalla 1-ci, Braziliya 1534 xalla 2-ci pillədə qalıb. Azərbaycan millisi ilə bu gün yoldaşlıq görüşü keçirəcək Qətər 415 xalla 1 pillə irəliləyərək, 84-cü sıraya yükəlib. Türkiyə isə 851 xalla 26-cıdır. "Ay-ulduzlular" 2 pillə geriləyib. 

Qeyd edək ki, növbəti reytinq siyahısı aprelin 6-da açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi