Azərbaycan millisi FİFA-nın reytinq siyahısında mövqeyini qoruyub

Azərbaycan millisi FİFA-nın reytinq siyahısında mövqeyini qoruyub Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv 87-ci pillədə qalıb
Futbol
4 May , 2017 12:26
Azərbaycan millisi FİFA-nın reytinq siyahısında mövqeyini qoruyub

Bakı. 4 may. REPORT.AZ/ FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. 

“Report”un məlumatına görə, futbol üzrə Azərbaycan milli komandasının mövqeyində ötən ayla müqayisədə dəyişiklik baş verməyib. Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv siyahıda 87-ci pillədə qərarlaşıb. 

2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, onların da mövqeyi dəyişməz qalıb. Almaniya (1464 xal) 3-cü, Şimali İrlandiya (823 xal) 26-cı, Çexiya (679 xal) 42-ci, Norveç (387 xal) 86-cı, San Marino isə (12) 204-cü pillədədir.

Xalını 1672-ə çatdıran Braziliya zirvədəki yerini qoruyub. Argentina isə 1603 xalla 2-ci sıradadır.

Qeyd edək ki, növbəti reytinq siyahısı iyunun 1-də açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi