Azərbaycan millisi çimərlik futbolu üzrə Avropa Liqasının "A" divizionuna vəsiqə qazanıb

Azərbaycan millisi çimərlik futbolu üzrə Avropa Liqasının "A" divizionuna vəsiqə qazanıb Super Final mərhələsinin final qarşılaşmasında rəqib Macarıstan yığması olub
Futbol
28 Avqust , 2016 20:12
Azərbaycan millisi çimərlik futbolu üzrə Avropa Liqasının A divizionuna vəsiqə qazanıb

Bakı. 28 avqust. REPORT.AZ/ İtaliyanın Katanya şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqası turnirinin Super Final mərhələsində Azərbaycan milli komandası bu gün son oyununu keçirib.

"Report" AFFA-ya istinadən xəbər verir ki, Super Final mərhələsinin final qarşılaşmasında millimizin rəqibi Macarıstan yığması olub.

Oyun 5:5 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda 9:8) hesabı ilə qalib gəlib.

Bununla da, millimiz Avropa Liqasının "B" divizionundan "A" divizionuna vəsiqə qazanıb.

Xatırladaq ki, Avropa Liqası turnirinin Super Final mərhələsində millimiz Türkiyə yığmasını 5:3, İngiltərə komandasını 2:0, Çexiya futbolçularını isə 5:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi