​Azərbaycan millisi Bakıdakı Avropa çempionatında çıxışını qələbə ilə başa vurub

​Azərbaycan millisi Bakıdakı Avropa çempionatında çıxışını qələbə ilə başa vurub Növbəti mərhələyə Portuqaliya və Belçika yüksəlib
Futbol
11 May , 2016 16:42
​Azərbaycan millisi Bakıdakı Avropa çempionatında çıxışını qələbə ilə başa vurub

Bakı. 11 may. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində son oyununu keçirib. "Report"un məlumatına görə, rəqib Şotlandiya yığması olub.

"Bakcell Arena"da keçirilən oyunun ilk hissəsində azarkeşlər qol görməyiblər. İkinci hissədə Təbriz Həsənovun rəhbərlik etdiyi komanda təzyiqləri artırıb və sonda istəyinə çatıb. 79-cu dəqiqədə Fərid Nəbiyevin uzaq məsafədən zərbəsi dəqiq olub - 1:0. Uzatma dəqiqələrində Freyzer Hornbi qırmızı vərəqə alaraq, Şotlandiyanı azlıqda qoyub. 

Qələbəyə baxmayaraq, Azərbaycan millisi 1/4 finala yüksələ bilməyib. Buna qrupun paralel oyununda Portuqaliya yığmasının Belçika ilə qolsuz heç-heçə etməsi səbəb olub. A qrupunda mübarizənin yekununda Portuqaliya yığması 7 xalla birinci, Belçika 5 xalla 2-ci, Azərbaycan 4 xalla 3-cü olub. Xal qazana bilməyən Şotlandiya isə qrup sonuncusu olub.

Üç oyunun nəticəsinə əsasən, Portuqaliya və Belçika yığmaları növbəti mərhələyə vəsiqə qazanıblar.

Son xəbərlər

Orphus sistemi