Azərbaycan millisi 2 gündən bir oyun keçirə bilər

Azərbaycan millisi 2 gündən bir oyun keçirə bilər UEFA Millətlər Liqasının təqvimində dəyişiklik edə bilər.
Futbol
626
11 May , 2020 18:29
Azərbaycan millisi 2 gündən bir oyun keçirə bilər

UEFA Millətlər Liqasının təqvimində dəyişiklik edə bilər.

"Report"un "Telegraph" nəşrinə istinadən məlumatına görə, qitə futbol qurumu beynəlxalq pəncərədə milli komandaların oyun sayını artırmağı düşünür.

UEFA təqvimdəki sıxlığı nəzərə alaraq 6 gün ərzində 2 deyil, 3 oyun keçirilməsini planlaşdırır. Qurum Millətlər Liqasında cari mövsümü itirməmək üçün bu variantda əl atmaq niyyətindədir.

Amma yeni ideyanın gerçəkləşib-gerçəkləməyəcəyi sual altındadır. Çünki futbolçuların milli forma ilə 2 gündən bir oyun keçirmək istəyib-istəməyəcəkləri hələ bilinmir.

Qeyd edək ki, bu mövsüm Millətlər Liqasının C liqasında mübarizə aparmalı olan Azərbaycan yığması Lüksemburq, Kipr və Monteneqro ilə birlikdə I qrupda yer alıb.

Orphus sistemi