Azərbaycan milli komandasının üzvləri 4 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər

Azərbaycan milli komandasının üzvləri 4 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər Görüşdə Robert Prosineçki, onun köməkçiləri və futbolçu heyəti iştirak edib
Futbol
29 avqust 2017 06:44
Azərbaycan milli komandasının üzvləri 4 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər

Bakı. 29 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının üzvləri Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər.

“Report”un AFFA-nın “facebook” səhifəsinə istinadən verdiyi xəbərə görə, yığmanın baş məşqçi Robert Prosineçki, onun köməkçiləri və futbolçu heyəti sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlarla görüşərək səmimi söhbət ediblər. Onlar, həmçinin, uşaqlarla futbol oynayıblar.

Qeyd edək ki, Azərbaycan millisi hazırda Norveçlə sentyabrın 1-də Osloda, San Marino ilə sentyabrın 4-də Bakıda keçirəcəyi oyunlara hazırlaşır. 

Son xəbərlər

Orphus sistemi