Azərbaycan millisinin sabiq baş məşqçisi futbolda videotəkrar sisteminin əleyhinə çıxış edib

Azərbaycan millisinin sabiq baş məşqçisi futbolda videotəkrar sisteminin əleyhinə çıxış edib Berti Foqts: "Biz bu gözəl idman növünü məhv edə bilmərik"
Futbol
29 Avqust , 2017 11:15
Azərbaycan millisinin sabiq baş məşqçisi futbolda videotəkrar sisteminin əleyhinə çıxış edib

Bakı. 29 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Almaniya Bundesliqasında videotəkrar sisteminin (VAR) tətbiqinin əleyhinə olduğunu açıqlayıb.

“Report” goal.com saytına istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis sistemin mənasız olduğunu söyləyib. Onun fikrincə, 5-6 il sonra Bundesliqanın oyunlarına baxan olamayacaq: “VAR sisteminin indiki formada istifadəsinin heç bir mənası yoxdur. Biz bu gözəl idman növünü məhv edə bilmərik. Beş-altı il sonra Bundesliqanın oyunlarını heç kim izləməsə, buna təəcüblənməməliyik. Futbola gülünclüyünə görə baxılmamasına aparan yoldayıq”.

Qeyd edək ki, Berti Foqst 2008 - 2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi