Azərbaycan milli komandasının hücumçusu “Osmanlıspor”a keçə bilər

Azərbaycan milli komandasının hücumçusu “Osmanlıspor”a keçə bilər “Bursaspor”un sabiq baş məşqçisi Deniz Yılmazın xidmətində maraqlıdır
Futbol
22 May , 2017 11:40
Azərbaycan milli komandasının hücumçusu “Osmanlıspor”a keçə bilər

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan milli komandasının hücumçusu Deniz Yılmaz Türkiyənin “Bursaspor” klubundan ayrıla bilər. “Report”un “FotoMaç”a istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçunun xidmətində başqa bir Super Liqa təmsilçisi – “Osmanlıspor” maraqlıdır.

Hazırda Ankara təmsilçisinə rəhbərlik edən “Bursaspor”un sabiq baş məşqçisi Hamza Hamzaoğlu D.Yılmazı komandasında görmək istəyir.

Qeyd edək ki, D.Yılmaz bir müddət əvvəl "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılıb. Türkiyə mətbuatı 29 yaşlı hücumçunun əmək haqqını ala bilmədiyi üçün FİFA-ya şikayət ediyinə görə cəzalandırıldığını iddia edib.

Son xəbərlər

Orphus sistemi