Azərbaycan milli komandasının futbolçusu yığmanın heyətindən kənarlaşdırılıb

Azərbaycan milli komandasının futbolçusu yığmanın heyətindən kənarlaşdırılıb Bakı. 24 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının oyunçusu Elvin Yunuszadə yığmanın heyətindən kənarlaşdırılıb.
Futbol
24 Mart , 2018 15:09
Azərbaycan milli komandasının futbolçusu yığmanın heyətindən kənarlaşdırılıb

Bakı. 24 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının oyunçusu Elvin Yunuszadə yığmanın heyətindən kənarlaşdırılıb.

"Report"un məlumatına görə, buna səbəb müdafiəçinin nizam-intizam qaydalarını pozması olub.

Milli komandanın baş məşqçisi Qurban Qurbanov Araz Abdullayev və Elvin Yunuszadənin adlarının Belarus yığması ilə yoldaşlıq görüşünün iştirak ərizəsinə daxil etməmişdi. Millimizin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşan oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov bu futbolçulardan birinin Türkiyəyə aparılmayacağını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi