Azərbaycan milli komandasının futbolçusu "Tottenhem"ə keçməyə yaxındır

Azərbaycan milli komandasının futbolçusu "Tottenhem"ə keçməyə yaxındır Bu barədə gənc yarımmüdafiəçinin meneceri açıqlama verib
Futbol
6 Fevral , 2017 09:26
Azərbaycan milli komandasının futbolçusu Tottenhemə keçməyə yaxındır

Bakı. 6 fevral. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ozancan Kökçü İngiltərənin "Tottenhem" klubuna transfer oluna bilər. "Report"un məlumatına görə, bu barədə 18 yaşlı yarımmüdafiəçinin meneceri Muzzi Özcan İngiltərə mətubuatına açıqlamasında  bildirib. 

Menecer deyib ki, digər komandalarla müqayisədə, ən real təklif London təmsilçisindən gəlib: "İngiltərənin "Everton" və Almaniyanın bir neçə klubu da Ozancanla təmasda olub. Ən ciddi təklif isə "Tottenhem"dəndir. Qarşıdakı həftələrdə məsələyə aydınlıq gələcək".

Qeyd edək ki, Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Kökçü bu ilin yanvarında Azərbaycanın U-21 yığması ilə Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olub. Lakin futbolçu hansı ölkənin əsas yığmasında oynayacağına dair yekun qərar verməyib. O, Azərbaycan, Türkiyə və Hollandiya yığmaları arasında seçim edir.  

Son xəbərlər

Orphus sistemi