Azərbaycan milli komandasının futbolçusu: "Bir neçə qol şansımız olsa da, təəssüf ki, alınmadı"

Azərbaycan milli komandasının futbolçusu: "Bir neçə qol şansımız olsa da, təəssüf ki, alınmadı" Yarımmüdafiəçi ikinci hissədə rəqibin cərimə meydanı yaxınlığında açıq-aşkar kobudluqla üzləşdiyini bildirib
Futbol
636
11 İyun , 2017 01:43
Azərbaycan milli komandasının futbolçusu: Bir neçə qol şansımız olsa da, təəssüf ki, alınmadı
Namik Ələskərov

Bakı. 11 iyun. REPORT.AZ/ "Çalışdıq, əlimizdən gələni etdik. Üstün tərəf idik. Bir neçə qol şansımız olsa da, təəssüf ki, alınmadı".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Namik Ələskərov Şimali İrlandiya yığmasına evdə 0:1 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra deyib.

22 yaşlı yarımmüdafiəçi ikinci hissədə rəqibin cərimə meydanı yaxınlığında açıq-aşkar kobudluqla üzləşdiyini bildirib: "Əlbəttə, həmin epizodda cərimə zərbəsi var idi. Şimali irlandiyalı oyunçu ayağı ilə dizimə vurmuşdu. Hakimin görmədiyini və ya cərimə zərbəsi təyin etməyə çəkindiyini deyə bilmərəm".

Ələskərov Avstriya toplanışı zamanı yoldaşlıq görüşü keçirə bilməmələrinin mümkün təsirinə də toxunub: "Oyun praktikasının azlığı sözünü deyirdi. Sözsüz ki, bu, təsirini göstərirdi. Amma Avstriya toplanışında öz aramızda oyun keçirmişdik. Pis də çıxış etməmişdik. Yəni oyun praktikasının azlığı məğlubiyyətdə böyük rol oynamadı".

Son xəbərlər

Orphus sistemi