Hazırda bu komanda 233 xalla 135-ci pillədə yer alıb. Geriləməyə hesabat dövründə Azərbaycan yığmasının Norveçlə AVRO-2016-nın seçmə qrup matçından məğlub ayrılması səbəb olub.
Qeyd edək ki, siyahıya 1725 xalla Almaniya millisi başçılıq edir. Argentina 1538 xalla 2-ci, Kolumbiya 1450 xalla 3-cü pillədədir. Azərbaycan yığmasının AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərindən İtaliya 1103 xalla 11-ci, Xorvatiya 946 xalla 19-cu, Bolqarıstan 532 xalla 66-cı, Norveç 500 xalla 67-ci, Malta 166 xalla 148-ci yerdə qərarlaşıb.