Azərbaycan milli komandası Belarus yığmasına qalib gəlib

Azərbaycan milli komandası Belarus yığmasına qalib gəlib Son oyun Özbəkistan millisinə qarşı olacaq
Futbol
2 Dekabr , 2014 18:05
Azərbaycan milli komandası Belarus yığmasına qalib gəlib
Bakı. 2 dekabr. REPORT.AZ/ Özbəkistan paytaxtında keçirilən Beynəlxalq "Daşkənd Kuboku-2014" turnirində futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. "Report"un məlumatına görə, rəqib Belarus yığması olub.

Görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Qalib komandadan qolları Rəcəb Fərəczadə və Namiq Məmmədkərimov vurub.

Qeyd edək ki, ilk turda Azərbaycan millisi Qazaxıstana böyük hesabla uduzub - 1:4. Baş məşqçi Faustino Peresin başçılıq etdiyi yığmanın son qarşılaşması dekabrın 3-də təşkilatçılara qarşı olacaq. 

Son xəbərlər

Orphus sistemi