Azərbaycan milli komandası Qətər yığması ilə qarşılaşacaq

Azərbaycan milli komandası Qətər yığması ilə qarşılaşacaq Görüş Qətərin paytaxtı Dohada baş tutacaq
Futbol
641
9 Mart , 2017 06:32
Azərbaycan milli komandası Qətər yığması ilə qarşılaşacaq

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, xorvatiyalı Robert Prosineçkinin baş məşqçisi olduğu kollektiv 2017-ci ilin ilk matçında Qətər yığması ilə üz-üzə gələcək.

Doha şəhərində Şeyx Cassim ibn Hamad adına stadionunda baş tutacaq görüş FİFA-nın oyunlar üçün rəsmi pəncərəsinə daxil edilmədiyindən heyətdə yalnız Azərbaycan Prmeyer Liqasında çıxış edən klublarda forma geyinən futbolçular yer alıb. Xarici komandaların şərəfini qoruyan Ramil Şeydayev, Dmitri Nazarov, Kamran Ağayev, Emin Mahmudov və Dəniz Yılmaz kimi oyunçuların xidmətindən yararlana bilməyən R.Prosineçki Qətərə 3 debütantla yollanıb. Bunlar “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev, “İnter”in müdafiəçisi Abbas Hüseynov və “Qəbələ”nin yarımmüdafiəçisi Tellur Mütəllimovdur.

DÇ-2022-nin təşkilatçısı olan Qətərin yığma komandası ilə görüş DÇ-2018-in seçmə mərhələsi üçün hazırlıq xarakteri daşıyır. Çünki Azərbaycan millisi martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığması ilə qarşılaşacaq. Bu mənada Asiya təmsilçisi ilə yoldaşlıq matçını seçmə mərhələnin vacib oyunu ərəfəsində son məşq adlandırmaq olar.

Azərbaycan milli komandası daha əvvəl bir dəfə - 2013-cü il mayın 29-da qarşılaşdığı və 1:1 hesabı ilə ayrıldığı Qətər yığması ilə FİFA reytinqində yaxın pillələrdə qərarlaşıb. Asiyalılar 85-ci, Azərbaycan isə 89-cu sıradadır.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Yoldaşlıq oyunu:

9 mart

20:00, Qətər - Azərbaycan

Doha. Şeyx Cassim ibn Hamad adına stadion

Son xəbərlər

Orphus sistemi