​Azərbaycan milli komandası Norveç klubuna qalib gəlib

​Azərbaycan milli komandası Norveç klubuna qalib gəlib Görüş Azərbaycan millisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb
Futbol
156
25 Fevral , 2015 17:46
​Azərbaycan milli komandası Norveç klubuna qalib gəlib

Bakı. 25 fevral. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirib. 

"Report"un məlumatına görə, Norveçin "Konnerud" (U-17) klubu ilə qarşılaşıb.

Görüş Azərbaycan millisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində Elvin İmanlı (2 qol), Hacı Hacıyev və Bahadur Həziyev fərqlənib.

Qeyd edək ki, bununla da Antalyadakı yoldaşlıq oyunlarına son verən yığma komanda ilk görüşdə "Benfika" üzərində 9:0 hesablı qələbə qazanıb və Belarus (U-17) yığmasına uduzub - 1:2

Son xəbərlər

Orphus sistemi