Azərbaycan milli komandası FIFA reytinqində irəliləyib

Azərbaycan milli komandası FIFA reytinqində irəliləyib Bakı. 25 oktyabr. REPORT.AZ/ FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
Futbol
25 Oktyabr , 2018 12:14
Azərbaycan milli komandası FIFA reytinqində irəliləyib

Bakı. 25 oktyabr. REPORT.AZ/ FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 1207 xalla 107-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqasında D Liqasının 3-cü qrupundakı rəqiblərdən Kosovo yığması 1 pillə irəliləyərək 1099 xalla 137-ci yeri tutub. Malta isə öz mövqeyini qoruyaraq 927 xalla 183-cü yerdədir. Farer adaları isə 3 pilllə geriləyib. Komanda 1251 xalla 95-cidir.

FIFA-nın reytinq siyahısına 1733 xalla Belçika başçılıq edir. Fransa 1732 xalla ikinci, Braziliya isə 1669 xalla üçüncüdür. 

Türkiyə yığmasının reytinqdə mövqeyi dəyişməyib. Qonşu ölkə 1449 xalla 38-cidir. 

Son xəbərlər

Orphus sistemi