Azərbaycan Milli Antidopinq Agentliyi ilə UEFA arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

Azərbaycan Milli Antidopinq Agentliyi ilə UEFA arasında əməkdaşlıq müqaviləsi imzalanacaq Rəsmi anlaşmadan sonra ölkədaxili bütün beynəlxalq oyunlar zamanı agentliyin nümayəndələrinə dopinq-testlər götürmək ixtiyarı veriləcək
Futbol
30 avqust 2017 05:17
Azərbaycan Milli Antidopinq Agentliyi ilə UEFA arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə UEFA arasında yaxın günlərdə əməkdaşlıq müqaviləsi imzalanacaq. 

Bu barədə "Report"a AMADA-nın icraçı direktoru Şəfəq Hüseynli məlumat verib.

Onun sözlərinə görə, rəsmi anlaşmadan sonra ölkədaxili bütün beynəlxalq oyunlar zamanı agentliyin nümayəndələrinə dopinq-testlər götürmək ixtiyarı veriləcək. Bu icazə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup və "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunlarına da şamil olunacaq.

Qeyd edək ki, AMADA iyulun 5-də AFFA ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb. Memorandumun müddəalarına uyğun olaraq, bu mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edən, həmçinin Azərbaycan milli komandalarına cəlb olunan futbolçular dopinq nəzarətinə cəlb olunacaq, bu sahə ilə bağlı müxtəlif tədbirlər, seminarlar keçiriləcək, maarifləndirmə işləri aparılacaq.

Son xəbərlər

Orphus sistemi